Kolleclərə qəbul olunan abituriyentlərin qeydiyyatı başlanır

Kolleclərə qəbul olunan abituriyentlərin qeydiyyatı başlanır TQDK həmin abituriyentlərə xəbərdarlıq edib
Elm və təhsil
21 İyul , 2016 11:57
Kolleclərə qəbul olunan abituriyentlərin qeydiyyatı başlanır

Bakı. 21 iyul. REPORT.AZ/ Ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olunanlar bu gündən iyulun 29-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olunduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından “Report”a verilən məlumata görə, abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olunanlar siyahısından xaric ediləcək.