Kolleclərə qəbul olmaq üçün qeydiyyatdan keçməyən abituriyentlərə yeni imkan yaradılıb

Kolleclərə qəbul olmaq üçün qeydiyyatdan keçməyən abituriyentlərə yeni imkan yaradılıb Ümumi təhsil müəssisələrini cari ildə bitirən və kolleclərə qəbul olmaq üçün fevral-mart aylarında aparılan qeydiyyatdan keçməyən abituriyentlər üçün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu sistemi yenidən aktiv edilib.
Elm və təhsil
27 İyun , 2019 10:31
Kolleclərə qəbul olmaq üçün qeydiyyatdan keçməyən abituriyentlərə yeni imkan yaradılıb

Ümumi təhsil müəssisələrini cari ildə bitirən və kolleclərə qəbul olmaq üçün fevral-mart aylarında aparılan qeydiyyatdan keçməyən abituriyentlər üçün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu sistemi yenidən aktiv edilib. 

Bu barədə "Report"a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.  

Mərkəzdən bildirilib ki, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ərizə qəbulu 2019-cu il fevralın 22-dən martın 11-dək aparılıb. Bu müddət ərzində qeydiyyatdan keçməyən, lakin buraxılış imtahanlarının hər iki mərhələsində iştirak edərək orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün tələb olunan müsabiqə şərtlərini ödəyən abituriyentlər iyunun 27-dan avqustun 5‑dək “ekabinet.dim.gov.az” internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə "Abituriyentin elektron ərizəsi" formasını doldurub təsdiq edə bilərlər.

Qeyd edək ki, 9 illik bazada kolleclərin ixtisas seçiminə isə ümumi balı (hər iki mərhələ üzrə) 50‑dən, Azərbaycan (rus) dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar. Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsində fənlər üzrə bal məhdudiyyəti tətbiq olunmur. İxtisas seçimi 24 iyul-5 avqust tarixlərində aparılacaq.

Son xəbərlər

Orphus sistemi