Bu gün Taras Şevçenko adına Kiyev Milli Universitetində Azərbaycan Respublikasından gəlmiş 180 tələbə təhsil alır.
Bunu “Report”un Şərqi Avropa bürosuna müsahibəsində adıçəkilən ali təhsil ocağının rektoru Volodımır Buqrov bildirb.
“Azərbaycanlıların sayı daha çoxdur, amma onların bir qismi Ukrayna vətəndaşıdır. Azərbaycan vətəndaşları 180 nəfərdir, bunun 178 nəfəri fakültə və institutlarda, ikisi də hazırlıq bölməsində oxuyur”, - o deyib.
Rektorun sözlərinə görə, Azərbaycandan olan tələbələr daha çox hüquqi və iqtisadi ixtisaslara, həmçinin beynəlxxalq münasibətlər fakültəsinə üstünlük verir.
İndiyədək Kiyev Milli Universitetinin Azərbaycanın 8 ali təhsil ocağı ilə əməkdaşlıq sazişi imzaladığı da diqqətə çatdırılıb.