Kitabxana müdirinin işinə xitam verilməsinin detalları açıqlandı

Kitabxana müdirinin işinə xitam verilməsinin detalları açıqlandı Bakı şəhəri 286 nömrəli məktəbin kitabxana müdiri Təranə Mahmudovanın işinə xitam verilməsinin səbəbi məlum olub.
Elm və təhsil
599
23 Aprel , 2020 20:09
Kitabxana müdirinin işinə xitam verilməsinin detalları açıqlandı

Bakı şəhəri 286 nömrəli məktəbin kitabxana müdiri Təranə Mahmudovanın işinə xitam verilməsinin səbəbi məlum olub. 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "Report"a verilən məlumata görə, məktəbin kitabxana fondunun inventarizasiyası zamanı 1779,31 manat dəyərində dərs vəsaiti olan kitabların əskik gəlməsi faktı aşkarlanıb. 

Faktla əlaqədar aparılmış araşdırma nəticəsində müəyyən olunub ki, qeyd olunan çatışmazlıq məktəbin kitabxana müdiri Mahmudova Təranə Əyyub qızının kitabxananın işinin təşkili, kitabların uçotunun aparılması, saxlanması və qorunması ilə bağlı nöqsanlara yol verərək əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini keyfiyyətsiz yerinə yetirməsi nəticəsində yaranıb. Bununla əlaqədar, Bakı şəhəri 286 nömrəli tam orta məktəbin 5 mart 2018-ci il tarixli əmri əsasında məktəbin kitabxana müdiri Mahmudova Təranə Əyyub qızı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilib. 

Təranə Mahmudova işə bərpa tələbi ilə məhkəməyə müraciət etsə də, onun iddiası təmin edilməyib. Bununla bağlı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08.05.2018-ci il tarixli, 2(004)-4015/2018 saylı, Bakı Apelyasiya Məhkəməsinin 26.09.2018-ci il tarixli, 2(103)-8249/2018 saylı qətnamələri və Ali Məhkəmənin 06.02.2019-cu il tarixli, 2(102)-959/19 saylı qərarı mövcuddur. 

Qeyd edək ki, Təranə Mahmudovanın bu məsələ ilə bağlı ünvanladığı müraciətlərə dəfələrlə aydın və əhatəli cavablar verilib.

Son xəbərlər

Orphus sistemi