Keçən il Azərbaycanda iki sahədə fəlsəfə doktoru elmi dərəcəsi alan olmayıb
Elm və təhsil
- 13 yanvar, 2025
- 07:25
Keçən il üzrə fəlsəfə doktoru elmi dərəcəsi ən çox qadın iddiaçılara verilib.
Bu barədə “Report”a Prezident yanında Ali Attestasiya Komissiyasından məlumat verilib.
Həmin müddət ərzində ən yüksək göstərici filologiya elmləri sahəsi üzrə qeydə alınıb. Belə ki, adıçəkilən sahə üzrə 69 qadın (12 kişi) iddiaçı fəlsəfə doktoru elmi dərəcəsi alıb.
Sonrakı yerlərdə tibb elmləri üzrə 34 qadın (6 kişi), iqtisad elmləri üzrə 28 qadın (27 kişi), biologiya elmləri üzrə 27 qadın (3 kişi), pedaqogika üzrə 25 qadın (1 kişi) qərarlaşıb.
Fəlsəfə doktoru elmi dərəcəsi üzrə astronomiya, antropologiya elmləri üzrə iddia qaldıran kimsə olmayıb.
Son xəbərlər
21:00
Tramp Maduronun ABŞ gəmisindəki fotosunu paylaşıb
Digər ölkələr20:47
Türkiyə XİN: Yəmənin cənubunda baş verənləri narahatlıqla izləyirik
Region20:44
Foto
"Qarabağ" qış hazırlığına start verib
Futbol20:30
Maduronun ailəsinə və nazirlərə qarşı ittihamlar açıqlanıb
Digər ölkələr20:13
Kamboca Tailandı sərhəd bölgələrindən qoşunları çıxarmağa çağırıb
Digər ölkələr20:04
KİV: İranda ərəb əsilli siyasi məhkum edam olunacaq
Region19:50
Çin ABŞ-nin Venesuelaya zərbələrini pisləyib
Digər ölkələr19:31
İranın ali rəhbəri: Etirazlar əsaslıdır
Region19:21