Sədr: "Ötən il müəllif hüquqlarının obyektləri olan əsərlər üzrə 388 müəllifin 594 əsəri qeydiyyatdan keçirilib"

Elm və təhsil
  • 20 aprel, 2023
  • 08:05
Sədr: Ötən il müəllif hüquqlarının obyektləri olan əsərlər üzrə 388 müəllifin 594 əsəri qeydiyyatdan keçirilib

“2022-ci il ərzində Agentlik tərəfindən müəllif hüquqlarının obyektləri olan əsərlər üzrə 388 müəllifin 594 əsəri qeydiyyatdan keçirilib, əsərin qeydiyyatı haqqında 616 şəhadətnamə verilib”.

“Report” xəbər verir ki, bunu Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov “Heydər Əliyev ili” çərçivəsində Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya əzəli Azərbaycan - Türk torpaqları olan Zəngəzur həqiqətləri” mövzusunda konfransda deyib.

Qurum rəhbəri bildirib ki, o cümlədən “Elektron xidmət” bölməsi vasitəsi ilə 131 müəllifin 169 əsəri qeydiyyatdan keçirilib və əsərin qeydiyyatı haqqında 170 şəhadətnamə verilib:

“Həmçinin, hüquqların verilməsinə dair 42 müəllif müqaviləsi qeydiyyatdan keçirilib”

O qeyd edib ki, əsərlərin rəsmi qeydiyyatının tətbiq edildiyi 1996-cı ildən 2022-ci il 31 dekabr tarixinədək Agentlikdə ümumilikdə 14 855 əsər əsər və əlaqəli hüquqların obyektləri (bunlardan 956 əsər “Elektron xidmət” bölməsi vasitəsi ilə) qeydiyyatdan keçirilib:

“Agentlikdə 2022-ci ildə müəlliflik hüququna əsaslanan kreativ sənaye sahəsində əvvəlki ilə aid milli iqtisadiyyat sahələri üzrə faktiki statistik göstəricilər və dövlət büdcəsi rəqəmləri təhlil edilib, bu sahələrdə istehsal həcminin 4990,0 mln. manat olduğu müəyyən edilib. Hazırda kreativ sənayenin ölkənin ÜDM-də payı 5,3% təşkil edir və inkişaf etmiş ölkələr səviyyəsindədir.

Keçən il ərzində əqli mülkiyyət hüquqlarının qorunması və təminatı sahəsində piratçılığa qarşı mübarizə tədbirləri çərçivəsində bir sıra çap məhsullarının nəzarət markası ilə buraxılması təmin edilib, 100 865 ədəd nəzarət markası verilib”-, K.İmanov qeyd edib.

44 filmi