Jurnalistika fakültələrinin magistr pilləsinə qəbulla bağlı bakalavrların qeydiyyatı sabah başlanır

Jurnalistika fakültələrinin magistr pilləsinə qəbulla bağlı bakalavrların qeydiyyatı sabah başlanır Qeydiyyat prosesi martın 29-da saat 17:00-da başa çatacaq
Elm və təhsil
18 Mart , 2015 11:27
Jurnalistika fakültələrinin magistr pilləsinə qəbulla bağlı bakalavrların qeydiyyatı sabah başlanır

Bakı. 18 mart. REPORT.AZ/ Sabahdan etibarən Azərbaycanda magistratura səviyyəsi üzrə "Jurnalistika" ixtisaslaşmalarını seçmək istəyən bakalavrların qeydiyyatı (sorğu anketi) başlayacaq. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından "Report"a verilən xəbərə görə, qeydiyyat prosesi martın 29-da saat 17:00-da başa çatacaq.

Qabiliyyət imtahanında hər bir bakalavra təxminən 30 dəqiqə vaxt ayrılır. Hər bir bakalavr bilet çəkməklə komissiya qarşısında cavab verir. Redaksiya tapşırığı yazılı formada yerinə yetirilir. Bakalavrın biletin hər bir bəndi üzrə cavabları 5 ballıq şkala üzrə qiymətləndirilir (3 bənd üzrə maksimum bal: 15). Bilet üzrə ümumilikdə 8 və daha çox bal toplamış bakalavrlar imtahandan "məqbul" qiymət almış hesab edilirlər və imtahanın ikinci mərhələsində 44 saylı jurnalistika proqramı üzrə imtahan verərək inşa (esse) yazırlar. Bu bakalavrlardan mərhələ üzrə və ümumi müsabiqə şərtini ödəyənlər ixtisaslaşma seçimi zamanı jurnalistika üzrə ixtisaslaşmaları seçə bilərlər.

Xatırladaq ki, "Jurnalistika" ixtisaslaşmalarını seçmək üçün qeydiyyatdan keçən bakalavrlar "Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi"ni martın 31-də çap edib götürməli və vərəqədə göstərilən vaxtda qabiliyyət imtahanında iştirak etməlidirlər.

Son xəbərlər

Orphus sistemi