IX sinif şagirdləri üçün keçirilən buraxılış imtahanlarının nəticələri açıqlanıb

IX sinif şagirdləri üçün keçirilən buraxılış imtahanlarının nəticələri açıqlanıb 2018/2019-cu tədris ili üçün ümumtəhsil müəssisələrinin məzunları üçün martın 3-də keçirilən IX sinif şagirdlərinin buraxılış imtahanlarının nəticələri açıqlanıb.
Elm və təhsil
306
18 Aprel , 2019 15:27
IX sinif şagirdləri üçün keçirilən buraxılış imtahanlarının nəticələri açıqlanıb

2018/2019-cu tədris ili üçün ümumtəhsil müəssisələrinin məzunları üçün martın 3-də keçirilən IX sinif şagirdlərinin buraxılış imtahanlarının nəticələri açıqlanıb.

“Report” xəbər verir ki, nəticələri Dövlət İmtahan Mərkəzinin saytından öyrənmək olar.

Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

İmtahanda 37434 nəfər şagird iştirak edib.

İmtahan nəticələrinin emalının son mərhələsində (iş nömrələrinin deşifrə olunması) DİM İctimai Şurasının üzvü, İKT məsələləri üzrə ekspert Osman Gündüz də iştirak edib.

İmtahanın nəticələri ilə bağlı müraciətlərə baxılması üçün Dövlət İmtahan Mərkəzində (Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında) 1-3 və 6-7 mayda saat 10:00-dan 17:00-dək Apelyasiya Komissiyası fəaliyyət göstərəcək. Apelyasiya Komissiyasına müraciət etmək istəyənlər bütün imtahanların nəticələri elan olunduqdan sonra 24-26 və 29-30 aprel tarixlərində şəxsiyyət vəsiqələrini təqdim etməklə ərizə doldurub qeydiyyatdan keçə bilərlər. Qeyd olunan müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apelyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Apelyasiya Komissiyasında şagirdin iştirakı (şəxsiyyət vəsiqəsini təqdim etməklə) vacibdir. Şagird ilə yanaşı valideynlərindən biri şəxsiyyət vəsiqəsini təqdim etməklə Apelyasiya Komissiyasının iclasında iştirak edə bilər.

10, 17 və 31 mart tarixlərində keçirilmiş imtahanların nəticələri də yaxın günlərdə mərhələ-mərhələ elan olunacaq. 

Son xəbərlər

Orphus sistemi