Təhsil naziri ​istedadlı şagirdlərin aşkara çıxarılması üçün əmr imzalayıb

Təhsil naziri ​istedadlı şagirdlərin aşkara çıxarılması üçün əmr imzalayıb Sənəd fənn olimpiadalarının təşkili və keçirilməsi ilə bağlı işləri obyektiv və şəffaf qaydada həyata keçirmək məqsədilə imzalanıb
Elm və təhsil
233
16 Dekabr , 2014 15:42
Təhsil naziri ​istedadlı şagirdlərin aşkara çıxarılması üçün əmr imzalayıb

Bakı. 16 dekabr. REPORT.AZ/ Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov “Məktəblilərin fənn olimpiadalarının təşkili və keçirilməsi Qaydaları”nın təsdiq olunması barədə əmr imzalayıb. Bu barədə “Report”a Təhsil Nazirliyindən məlumat verilib. 

Əmr istedadlı şagirdlərin aşkara çıxarılmasında əhəmiyyətli rol oynayan fənn olimpiadalarının təşkili və keçirilməsi ilə bağlı işləri obyektiv və şəffaf qaydada həyata keçirmək məqsədilə imzalanıb.

Əmrə əsasən, təhsilin inkişafı proqramları şöbəsi on gün ərzində Respublika təşkilat komitəsinin tərkibinə dair təklifləri təqdim etməli, Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, Təhsil Nazirliyinə tabe olan ümumtəhsil müəssisələrinin direktorları bu “Qaydalar”dan irəli gələn zəruri tədbirləri həyata keçirməli, İqtisadiyyat şöbəsi (R.Orucov) fənn olimpiadalarının təşkili, keçirilməsi, qaliblərin təltif olunması, münsiflər heyəti üzvlərinin, müəllimlərin mükafatlandırılması ilə əlaqədar xərclərin smetasını hazırlayıb təsdiq üçün nazirliyin rəhbərliyinə təqdim etməlidir.

Əmrdə həmçinin qeyd olunur ki, İnformasiya şöbəsi bu əmrin “Azərbaycan müəllimi” qəzetində dərc edilməsini, aidiyyəti struktur qurum və bölmələrə çatdırılmasını və nazirliyin internet saytında yerləşdirilməsini təmin etməlidir. 

Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə edilib.

Son xəbərlər

Orphus sistemi