Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin tərkibinin formalaşdırılması istiqamətində birinci vitse-prezident vəzifələri ləğv olunub.
"Report" xəbər verir ki, bu barədə AMEA-nın yanvarın 8-də keçirilən iclasında qərar qəbul edilib.
Qərara uyğun olaraq yalnız bir birinci vitse-prezident vəzifəsi təsis olunub.
Belə ki, akademiklər İsa Həbibbəyli və İbrahim Quliyev AMEA-nın birinci vitse-prezidenti vəzifəsindən azad edilib. Onlar AMEA-nın vitse-prezidenti vəzifəsinə seçiliblər.
AMEA-nın birinci vitse-prezidenti vəzifəsinə isə akademik Dilqəm Tağıyev seçilib.
D.Tağıyev daha əvvəl AMEA-nın vitse prezidenti vəzifəsini icra edib.
Beləliklə, AMEA-da yalnız bir birinci vitse-prezidenti vəzifəsi yaradılıb və vitse-prezidentlərin sayı artırılıb.
Hazırda AMEA-nın vitse-prezidentləri aşağıdakılardır:
- Akademik İsa Həbibbəyli
- Akademik İbrahim Quliyev
- Akademik Nərgiz Paşayeva
- Akademik Tofiq Nağıyev,
- Akademik İradə Hüseynova
- Akademik Rasim Əliquliyev