İsa Həbibbəyli Ramiz Mehdiyevin nəvəsinin toyunda niyə iştirak etməyib?

İsa Həbibbəyli Ramiz Mehdiyevin nəvəsinin toyunda niyə iştirak etməyib? Azərbaycan Milli Elmlər Akademiyası AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəylinin Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edib-etməməsi ilə məsələyə aydınlıq gətirib.
Elm və təhsil
25 Avqust , 2020 11:55
İsa Həbibbəyli Ramiz Mehdiyevin nəvəsinin toyunda niyə iştirak etməyib?
İsa Həbibbəyli
0 : 00
0 : 00

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) qurumun birinci vitse-prezidenti, akademik İsa Həbibbəylinin Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edib-etməməsi ilə bağlı məsələyə aydınlıq gətirib. 

AMEA-nın İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsindən "Report"a daxil olan açıqlamada deyilir ki, sosial şəbəkələrdə akademik İsa Həbibbəylinin məlum toy məclisində iştirak etməsi barədə yayılan məlumatlar reallığı əks etdirmir.

Qeyd olunub ki, akademik İsa Həbibbəyli avqustun 18-i saat 13-də Bakıdan-Naxçıvana uçan təyyarə reysi ilə Naxçıvana gedib, həmin axşam Şərur rayonunun Danyeri kəndində ata ocağında olub. Məzuniyyət dövrünə aid olduğu üçün avqustun 24-dək Naxçıvanda qalıb.

Son xəbərlər

Orphus sistemi