İsa Həbibbəyli: "Sovet dövrünün modelləri hələ də orta məktəb kitablarında yaşamaqdadır"

İsa Həbibbəyli: "Sovet dövrünün modelləri hələ də orta məktəb kitablarında yaşamaqdadır" Sosializm, kommunizm sözləri dərsliklərdən çoxdan silinsə də, o dövrdə formalaşdırılmış modellər, sxemlər hələ də elmi-tədqiqat əsərlərində, orta məktəb kitablarında yaşamaqda davam edir.
Elm və təhsil
15 Dekabr , 2023 12:09
İsa Həbibbəyli: Sovet dövrünün modelləri hələ də orta məktəb kitablarında yaşamaqdadır

Sosializm, kommunizm sözləri dərsliklərdən çoxdan silinsə də, o dövrdə formalaşdırılmış modellər, sxemlər hələ də elmi-tədqiqat əsərlərində, orta məktəb kitablarında yaşamaqda davam edir.

"Report" xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli Azərbaycan müəllimlərinin XVI qurultayında çıxışı zamanı deyib.

O qeyd edib ki, bu günə qədər orta və ali məktəblərdə keçirilən hümanitar fənlərdə tarixin, cəmiyyətin dövrləşmə prosesində Karl Marksın nəzəriyyəsi əsas götürülür.

"Əlbəttə, Marksın adı çəkilmir. Lakin "Tarix" kitablarında quldarlıq, ibtidai icma dövrü qədim dövr tariximiz, feodalizm dövrü orta əsr tariximiz, kapitalizm dövrü yeni dövr tariximiz, sosializm isə ən yeni dövr tariximiz kimi tədris olunur. Bunu heç kəs, o cümlədən mən də inkar etmirəm. Marks nəzəriyyəsi Avropa ölkələri üçün nəzərdə tutulub. Azərbaycan cəmiyyətinin reallıqları dövləri başqa formada təsvir tələb edir. Marks nəzəriyyəsi, tarixin belə dövrlərə bölünməsi müstəqil Azərbaycanın maraqlarına uyğun deyil. Bu istiqamətdə islahatların aparılmasına ehtiyac var və Akademiya olaraq buna başlamağı özümüzə borc bilmişik. Artıq Azərbaycan ədəbiyyatının dövrlər üzrə konspesiyası və inkişaf mərhələləri orta məktəbdə və akademik tədqiqatlarda əksini tapıb. Yeni inkişaf mərhələləri hazırlanarkən azərbaycançılıq prosesi, dünya sivilizasiyaların inkişaf mərhələləri, dövlətçilik tarixi və real ədəbi prosesləri nəzərə alınıb. Hazırda Azərbaycan tarixinin inkişaf konsepsiyası və mərhələləri üzərində iş gedir. Azərbaycan İncəsənətinin inkişaf mərhələləri müzakirə prosesindədir. Bunlar dərsliklərdə də öz əksini tapmalıdır", - akademik qeyd edib

Son xəbərlər

Orphus sistemi