İş yerini dəyişmək üçün qeydiyyatdan keçən müəllimlərin sayı açıqlanıb

İş yerini dəyişmək üçün qeydiyyatdan keçən müəllimlərin sayı açıqlanıb "Bakı, Sumqayıt və Abşeron üzrə müsabiqəyə 521 vakant yer çıxarılacaq"
Elm və təhsil
8 May , 2021 16:34
İş yerini dəyişmək üçün qeydiyyatdan keçən müəllimlərin sayı açıqlanıb

"Vakansiyaların gizlədilməsinin heç bir anlamı yoxdur. Çünki vakansiyalar gizlədilsə, işə götürmək mümkün olmur. Əgər götürülsə belə, qeyri-qanuni sayılır".

“Report” xəbər verir ki, bu fikirləri təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, nazirlik mütəmadi şəkildə prosesin qarşısını alır və bu, gələcəkdə də davam edəcək.

E.Əmrullayev bildirib ki, müəllimlərin iş yerini dəyişməsi prosesi davam edir: “Artıq 10 minə yaxın namizəd qeydiyyatdan keçib, 2 300-ə yaxın insanın ərizəsi təsdiq edilib. Müsabiqəyə 5 500-dən artıq vakant yer çıxarılıb. Yerlərin 66,8%-i həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi yerlərdir. Bakı, Sumqayıt və Abşeron üzrə müsabiqəyə 521 vakant yer çıxarılacaq”.

Son xəbərlər

Orphus sistemi