"İlin sonuna kimi daha 8 ixtisas üzrə tanınma həyata keçiriləcək".
“Report” xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Ülkər Səttarova deyib.
Onun sözlərinə görə, dayə, bağban, əməliyyatçı-mühasib, dərzi, bitkiçilik, heyvandarlıq və müraciət sayına uyğun digər iki ixtisas da müəyyən ediləcək: "Dayə ixtisası üzrə 20-dən artıq şəxs fərdi şəkildə müraciət var. Dayə ixtisası üzrə tanınmış bağça şirkətləri ilə birgə işlər görülür. İmtahan prosesinə hazırlıq gedir. Tanınmış bir neçə dövlət bağçalarından mütəxəssislər də işə cəlb olunacaq. Kadr bankımıza da həmin dayələr barədə də məlumatlar yerləşdiriləcək. Yaxın zamanlarda imtahanın keçirilməsi nəzərdə tutulur".
Sədr vurğulayıb ki, gələcəkdə qanunla tənzimlənməyən bəzi ixtisasların tənzimlənməsi mümkün ola bilər: "Baytar-texniki, kolorist və digər ixtisaslar üzrə sənədlərin tanınması mümkün ola bilər".