Ali və orta ixtisas təhsili müəssisələrində 2022-2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyasında nöqsanlara yol verənlərə qarşı tədbirlər görüləcək.
"Report" xəbər verir ki, bu barədə universitet və kollec rəhbərlərinə tapşırıq verilib.
Onlara həmçinin, imtahanların qüvvədə olan normativ sənədlər əsasında təşkilini təmin etmək, rəhbərlik etdikləri müəssisələrdə imtahan qərargahı yaratmaq və qərargaha daxil olan hər bir şikayəti operativ şəkildə araşdırmaq tapşırılıb.
İmtahanların təşkili və gedişatında nöqsan, həmçinin neqativ hallara yol verən şəxslərlə bağlı mövcud qanunvericiliyə uyğun tədbirlər görüləcək.
Qeyd edək ki, 29 dekabr 2022-ci il tarixindən start verilən imtahanlar 5 həftə müddətində davam edəcək.