İlin sonuncu Günəş tutulması hadisəsi başlayıb

İlin sonuncu Günəş tutulması hadisəsi başlayıb Dekabrın 4-də bu ilin son sonuncu Günəş tutulması hadisəsi başlayıb.
Elm və təhsil
4 Dekabr , 2021 09:37
İlin sonuncu Günəş tutulması hadisəsi başlayıb

Dekabrın 4-də bu ilin son sonuncu Günəş tutulması hadisəsi başlayıb.

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından "Report"a bildirilib ki, bu tutulma tam Günəş tutulmasıdır.

Günəş tutulması hadisəsi saat 09:29:16-dan başlanıb və saat 13:37:26-da sona çatacaq. Ümumilikdə 4 saat 8 dəqiqə davam edəcək tutulmanın maksimumu saat 11:34:38-də olacaq.

Tam tutulma Antarktidada müşahidə olunur. Avstraliyanın, Afrikanın və Cənubi Amerikanın cənubunda, Sakit, Atlantik, Hind okeanlarında isə qismən tutulma müşahidə edilir.

Qeyd edək ki, Günəş tutulması Azərbaycanda müşahidə olunmur.

Son xəbərlər

Orphus sistemi