İlin ilk Günəş tutulması başa çatıb

İlin ilk Günəş tutulması başa çatıb Aprelin 30-da saat 22:45-də ilin ilk Günəş tutulması başlayıb.
Elm və təhsil
5426
1 May , 2022 02:37
İlin ilk Günəş tutulması başa çatıb

İlin ilk Günəş tutulması başa çatıb.

"Report" xəbər verir ki, təbiət hadisəsi dünən saat 22:45-də başlamışdı.

Bu, qismən Günəş tutulması olub. Təbii hadisə 3 saat 52 dəqiqə davam edib və saat 02:37-də sona çatıb. Tutulmanın maksimumu saat 00:41-də olub.

İlin ilk qismən Günəş tutulması Cənubi Amerikanın cənubunda, Antarktidanın bir hissəsində, Sakit və Atlantik okeanlarında müşahidə edilib, Azərbaycan ərazisində müşahidə olunmayıb.

Xatırladaq ki, bu il iki Günəş, iki Ay tutulması olmaqla, ümumilikdə dörd tutulma hadisəsi baş verəcək.

İkinci Günəş tutulması isə 25 oktyabrda baş verəcək. Bu, 2022-ci ilin ikinci qismən Günəş tutulması olacaq. Təbii hadisə saat 12:58-də başlayacaq və 17:02-də sona çatacaq. Tutulmanın maksimumu 15:00-da olacaq və 4 saat 4 dəqiqə davam edəcək. Təbiət hadisəsi Avropanın əksər hissələrində, Afrikanın şimalında, Yaxın Şərqdə və Asiyanın qərb hissələrində, o cümlədən Azərbaycanda da müşahidə olunacaq.

Bu ilin ilk Ay tutulması may ayının 16-da baş verəcək və tam Ay tutulması olacaq. Təbii hadisə saat 07:29-da başlayacaq, saat 08:53-də isə sona çatacaq. Tutulmanın maksimumu saat 08:11-də qeydə alınacaq.

Bu təbiət hadisəsini Şimali və Cənubi Amerika, Avropa, Afrika və Asiyanın bir hissəsindən görmək mümkün olacaq. Tutulma zamanı Ay üfüqdən aşağıda olacağı üçün tutulma hadisəsi Azərbaycanda müşahidə olunmayacaq.

İkinci Ay tutulması 2022-ci ilin 8 noyabrında baş verəcək. Bu da tam Ay tutulması olacaq. Tutulma saat 14:16-da başlayacaq, saat 15:41-də isə sona çatacaq. Tutulmanın maksimumu saat 14:59-da qeydə alınacaq.

30.04.2022.22:45

Bu gün saat 22:45-də ilin ilk Günəş tutulması başlayıb.

"Report" xəbər verir ki, bu barədə AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Bu, qismən Günəş tutulmasıdır. Təbii hadisə 3 saat 52 dəqiqə davam edəcək və mayın 1-də saat 02:37-də sona çatacaq. Tutulmanın maksimumu saat 00:41-də olacaq.

İlin ilk qismən Günəş tutulması Cənubi Amerikanın cənubunda, Antarktidanın bir hissəsində, Sakit və Atlantik okeanlarında müşahidə edilib, Azərbaycan ərazisində müşahidə olunmur.

Xatırladaq ki, bu il iki Günəş, iki Ay tutulması olmaqla, ümumilikdə dörd tutulma hadisəsi baş verəcək.

İkinci Günəş tutulması isə 25 oktyabrda baş verəcək. Bu, 2022-ci ilin ikinci qismən Günəş tutulması olacaq. Təbii hadisə saat 12:58-də başlayacaq və 17:02-də sona çatacaq. Tutulmanın maksimumu 15:00-da olacaq və 4 saat 4 dəqiqə davam edəcək. Təbiət hadisəsi Avropanın əksər hissələrində, Afrikanın şimalında, Yaxın Şərqdə və Asiyanın qərb hissələrində, o cümlədən Azərbaycanda da müşahidə olunacaq.

Bu ilin ilk Ay tutulması may ayının 16-da baş verəcək və tam Ay tutulması olacaq. Təbii hadisə saat 07:29-da başlayacaq, saat 08:53-də isə sona çatacaq. Tutulmanın maksimumu saat 08:11-də qeydə alınacaq.

Bu təbiət hadisəsini Şimali və Cənubi Amerika, Avropa, Afrika və Asiyanın bir hissəsindən görmək mümkün olacaq. Tutulma zamanı Ay üfüqdən aşağıda olacağı üçün tutulma hadisəsi Azərbaycanda müşahidə olunmayacaq.

İkinci Ay tutulması 2022-ci ilin 8 noyabrında baş verəcək. Bu da tam Ay tutulması olacaq. Tutulma saat 14:16-da başlayacaq, saat 15:41-də isə sona çatacaq. Tutulmanın maksimumu saat 14:59-da qeydə alınacaq.

Son xəbərlər

Orphus sistemi