"İdman və Ədalətli Oyunlar" rəsm müsabiqəsinin qalibləri mükafatlandırıldı

"İdman və Ədalətli Oyunlar" rəsm müsabiqəsinin qalibləri mükafatlandırıldı "İdman və Ədalətli Oyunlar" mövzusunda rəsm müsabiqəsinin qalibləri təqdim olunub.
Elm və təhsil
30 İyun , 2021 16:18
İdman və Ədalətli Oyunlar rəsm müsabiqəsinin qalibləri mükafatlandırıldı

"İdman və Ədalətli Oyunlar" mövzusunda rəsm müsabiqəsinin qalibləri təqdim olunub.

"Report"un məlumatına görə, bununla bağlı təşkil olunan tədbirdə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidentləri Çingiz Hüseynzadə ilə Xəzər İsayev, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Rəssamlar İttifaqının sədr müavini Ağəli İbrahimov çıxış edib.

Qaliblərə diplomlarla yanaşı, pul mükafatları da verilib. 3-8 və 9-16 yaş qrupları üzrə keçirilmiş müsabiqəyə paytaxt və Naxçıvan MR ilə yanaşı, 42 bölgədən ümumilikdə 2114 rəsm daxil olub.

Qeyd edək ki, MOK, Ədalətli Oyunlar Komissiyası və “Olimpiya dünyası” qəzetinin birgə təşkilatçılığı ilə aprelin 15-də start götürən müsabiqəyə iyunun 15-də yekun vurulub.

Rəsmlər hər yaş qrupuna uyğun olaraq Azərbaycan Rəssamlar İttifaqını təmsil edən peşəkar jüri heyəti tərəfindən qiymətləndirilib. Seçim zamanı rəsmin mövzuya (Mövzu: "İdman və Ədalətli Oyunlar”) uyğunluğu, əsərin sahibi tərəfindən çəkilməsi, kompozisiyanın qurulması, işlənməsi və rəng ahəngi əsas götürülüb.

Son xəbərlər

Orphus sistemi