İdarə müdiri: "Nümunəvi şagird qaydaları pilot layihə şəklində Bakıdakı 62 məktəbdə tədbiq olunub"

İdarə müdiri: "Nümunəvi şagird qaydaları pilot layihə şəklində Bakıdakı 62 məktəbdə tədbiq olunub" "Nümunəvi şagird qaydaları pilot layihə şəklində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 62 məktəbdə tədbiq olunub".
Elm və təhsil
12 İyun , 2023 15:54
İdarə müdiri: Nümunəvi şagird qaydaları pilot layihə şəklində Bakıdakı 62 məktəbdə tədbiq olunub
Mehriban Vəliyeva

"Nümunəvi şagird qaydaları pilot layihə şəklində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 62 məktəbdə tədbiq olunub".

"Report" xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, gedişatla bağlı mütəmadi şəkildə monitorinqlər aparılıb, müzakirələr keçirilib: "Son nəticələrlə əlaqəli təhlillərin aparılması və buna müvafiq olaraq qaydalarda əlavə və dəyişikliklərin edilməsi yay ərəfəsində olacaq, eləcə də bütün məktəblərə şamil ediləcək. Ümumilikdə pilot məktəblərdən qaydalarla bağlı geridönüşlər müsbətdir. Hesab edirik ki, yeni qaydaların tətbiqinin təsiri yaxşı olacaq".

O, yay məktəbləri ilə bağlı hələlik müvafiq əmrin olmadığını söyləyib.

M.Vəliyeva növbəti tədris ilindən 6-cı siniflərdə yeni təbiət fənninin tədrisinə gəlincə isə deyib ki, müəyyən fənlərin inteqrasiya məsələsi bütün dünyada mövcuddur:

"Əgər Elm və Təhsil Nazirliyi bu istiqamətdə addımlar atırsa, bunlar təhlil olunur, tədqiqat işləri aparılır və buna uyğun olaraq gələcəyi nəzərdə tutub qərar verirlər. Hansı addımlar atılırsa, buna elmi və tədqiqatyönümlü yanaşma var. Düşünmürəm ki, burada mənfi təsir ola bilər".

Qeyd edək ki, 6-cı siniflərdə biologiya və fiziki fənni ayrılıqda keçirilməyəcək. Onun əvəzində təbiət fənni dərsliyi olacaq. Hər iki fənn orada cəmləşəcək.

Son xəbərlər

Orphus sistemi