Azərbaycanda ibtidai sinif müəllimlərinə yeni imkanlar yaradılıb

Azərbaycanda ibtidai sinif müəllimlərinə yeni imkanlar yaradılıb Müəllimlər 16 həftəlik təlim kursunda iştirak edəcəklər
Elm və təhsil
1745
2 Fevral , 2015 16:32
Azərbaycanda ibtidai sinif müəllimlərinə yeni imkanlar yaradılıb

Bakı. 2 fevral. REPORT.AZ/ Təhsil Nazirliyi Bakı şəhərində fəaliyyət göstərən məktəblərin IV sinfində dərs deyən ibtidai sinif müəllimləri üçün “Təməl” təqaüd proqramı təklif edib.

"Report" xəbər verir ki, müəllimlər müsabiqə əsasında seçiləcək. Seçilmiş namizədlər “Təməl” təqaüd proqramı çərçivəsində yeni format və məzmunlu təlimdə iştirak etmək hüququ qazanacaqlar. 16 həftəlik təlim kursunda iştirakçılar yaş fiziologiyası və psixologiyası, ibtidai təhsilin fəlsəfəsi və öyrənmə nəzəriyyələri, pedaqoji ustalıq praktikumu və İKT savadlılığı mövzularında yeni yanaşmalarla tanış olacaqlar.

Təlim keçən müəllimlər yekun qiymətləndirmədə iştirak edəcəklər. İmtahanlarda qənaətbəxş nəticə göstərmiş iştirakçılara sertifikat və təlim resursları təqdim olunacaq.

Son xəbərlər

Orphus sistemi