İbtidai sinif müəllimləri üçün təkrar sertifikatlaşdırma imtahanındakı ixtisas sualları açıqlanıb

İbtidai sinif müəllimləri üçün təkrar sertifikatlaşdırma imtahanındakı ixtisas sualları açıqlanıb İbtidai sinif müəllimləri üçün təkrar sertifikatlaşdırma imtahanında istifadə olunmuş ixtisas sualları açıqlanıb.
Elm və təhsil
11 İyun , 2024 18:58
İbtidai sinif müəllimləri üçün təkrar sertifikatlaşdırma imtahanındakı ixtisas sualları açıqlanıb

İbtidai sinif müəllimləri üçün təkrar sertifikatlaşdırma imtahanında istifadə olunmuş ixtisas sualları açıqlanıb.

Təhsil İnstitutundan "Report"a bildirilib ki, 2023-cü ildə keçirilmiş sertifikatlaşdırma imtahanında müvafiq keçid balını toplamayan ibtidai sinif müəllimləri üçün təkrar sertifikatlaşdırma imtahanı 8 iyun 2024-cü ildə təşkil olunub.

Bu imtahanda 6 464 ibtidai sinif müəllimi iştirak edib.

İmtahanın təfərrüatları:
• Müddət: 120 dəqiqə
• Ümumi sual sayı: 60

Azərbaycan dili üzrə ixtisas suallarının sayı: 25
Riyaziyyat üzrə ixtisas suallarının sayı: 25
Tədris metodikası və təlim strategiyaları üzrə sualların sayı: 10

İbtidai sinif müəllimləri üçün təkrar sertifikatlaşdırma imtahanının 3663 nəfərin iştirak etdiyi 1-ci seansında istifadə olunmuş ixtisas sualları ilə aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz:

İbtidai sinif – Azərbaycan dili

İbtidai sinif – Riyaziyyat

Qeyd: tədris metodikası və təlim strategiyalarına aid suallar bütün fənlər üzrə oxşar olduğu və təhsilverənlərin sertifikatlaşdırılması prosesi davam etdiyi üçün bu suallar hazırda ictimaiyyətlə paylaşılmır.

Son xəbərlər

Orphus sistemi