İyunun 24-25-də növbəti buraxılış imtahanı keçiriləcək

İyunun 24-25-də növbəti buraxılış imtahanı keçiriləcək Dövlət İmtahan Mərkəzi ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə 24 və 25 iyunda keçirəcəyi buraxılış (qəbul) imtahanlarının qrafikini elan edib.
Elm və təhsil
17 İyun , 2020 17:04
İyunun 24-25-də növbəti buraxılış imtahanı keçiriləcək
Report/Firudin Səlimov

Dövlət İmtahan Mərkəzi ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə 24 və 25 iyunda keçirəcəyi buraxılış (qəbul) imtahanlarının qrafikini elan edib. 

Mərkəzdən "Report"a verilən məlumata görə, rayon və şəhərlər, imtahanda iştirak etməli olan şəxslər və imtahanların növləri ilə qrafikdə tanış ola bilərsiniz

Digər şəhər və rayonlar üzrə imtahanlar (o cümlədən əvvəlki illərin məzunları üçün qəbul imtahanları) ictimaiyyətə əvvəlcədən məlumat verilməklə növbəti həftə içi günlərində keçiriləcək.

"İmtahana buraxılış vərəqəsi" hər imtahan günündən 5 gün əvvəl DİM-in saytında yerləşdiriləcək.

Xatırladaq ki, Naxçıvan – Bakı aviareysləri bərpa olunsa da, xüsusi karantin rejimindən əvvəl Naxçıvana gedərək orada qalan və yaranmış vəziyyətlə əlaqədar DİM-ə müraciət edən şəxslərin nəzərinə çatdırırıq ki, onlar üçün imtahan növbəti həftə içi günlərində Naxçıvanda təşkil olunacaqdır. Həmin şəxslər Bakıya dönməməli və Naxçıvanda qalmalıdırlar.

Xatırladaq ki, 24, 25 iyun tarixlərində şəhər və rayonlara uyğun:

  • 9-cu sinif üzrə buraxılış imtahanları;
  • 11-ci sinif üzrə buraxılış imtahanları;
  • Ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən cari və əvvəlki illərin
  • məzunları üçün qəbul imtahanları;
  • Azərbaycan dilindən fərqli dildə təhsil alan 9-cu (cari və əvvəlki illər) və 11-ci sinif (cari il) məzunları üçün Azərbaycan dili (dövlət dili) imtahanları keçiriləcək.
  • Tarix/İmtahan*
    24.06.2020
    25.06.2020
    11-ci sinif cari ilin məzunları üçün
    buraxılış imtahanı
    Nizami (Bakı)
    Nəsimi (Bakı)
    Sumqayıt (II hissə siyahı)
    Zaqatala
    Qax
    İsmayıllı
    Ucar
    Xaçmaz
    Siyəzən
    Xızı
    Sabunçu (Bakı)
    Səbail (Bakı)
    Abşeron (II hissə siyahı)
    Balakən
    Oğuz
    Şamaxı
    Zərdab
    Quba
    Azərbaycan dili (dövlət dili) imtahanı
    - Azərbaycan dilindən fərqli dildə təhsil alan
    11-ci sinif cari ilin məzunları üçün
    Binəqədi (Bakı)
    Suraxanı (Bakı)
    Gəncə/Kəpəz
    Sabirabad
    Qazax
    Cəlilabad
    Lənkəran
    Yevlax
    Xüsusi məktəblər (Bakı)*
    Yasamal (Bakı)
    Xəzər (Bakı)
    Gəncə/Nizami
    İmişli
    Ağstafa
    Masallı
    Astara
    Bərdə
    Biləsuvar
    9-cu sinif cari ilin məzunları üçün buraxılış imtahanı Gəncə/Kəpəz
    Sabirabad
    Qazax
    Cəlilabad (I hissə siyahı)
    Lənkəran
    Yevlax
    Xüsusi məktəblər (Bakı)*
    Gəncə/Nizami
    İmişli
    Ağstafa
    Masallı (I hissə siyahı)
    Astara
    Bərdə (II hissə siyahı)
    Biləsuvar
    01.03.2020-ci il tarixində buraxılış imtahanı vermiş və
    9 illik təhsil bazasında kolleclərə sənəd vermiş cari ilin
    məzunları üçün qəbul imtahanı
    Binəqədi (Bakı)
    Suraxanı (Bakı)
    Yasamal (Bakı)
    Xəzər (Bakı)
    9 illik təhsil bazasında kolleclərə sənəd vermiş
    əvvəlki illərin məzunları üçün qəbul imtahanı
    Binəqədi (Bakı)
    Suraxanı (Bakı)
    Gəncə/Kəpəz
    Sabirabad
    Qazax
    Lənkəran
    Yevlax
    Xüsusi Məktəblər (Bakı)*
    Yasamal (Bakı)
    Xəzər (Bakı)
    Gəncə/Nizami
    İmişli
    Ağstafa
    Astara
    Bərdə
    Biləsuvar
    Azərbaycan dili (dövlət dili) imtahanı –
    – Azərbaycan dilindən fərqli dildə təhsil alan 9‑cu sinif cari ilin məzunları üçün
    – 9 illik təhsil bazasında kolleclərə ərizəsini rus bölməsi üzrə təsdiq etmiş
    əvvəlki illərin məzunları üçün
    Nizami (Bakı)
    Nəsimi (Bakı)
    Sumqayıt
    Zaqatala
    Qax
    İsmayıllı
    Ucar
    Xaçmaz
    Siyəzən
    Xızı
    Sabunçu (Bakı)
    Səbail (Bakı)
    Abşeron
    Balakən
    Oğuz
    Şamaxı
    Zərdab
    Quba


    Qeyd edək ki, həmişə olduğu kimi cari ilin məzunları bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər. Əvvəlki illərin məzunları isə şəxsi kabinetlərində faktiki yaşadıqları ünvanı qeyd etdikləri halda, yaşadıqları ünvanın aid olduğu yerə uyğun, əks halda, şəxsiyyət vəsiqəsində qeyd olunmuş ünvanın aid olduğu yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər.

    - Sumqayıt şəhəri və Abşeron rayonunda yerləşən məktəblərin 9 və 11, Bərdə, Cəlilabad, Masallı rayonunda yerləşən məktəblərin isə 9-cu sinif şagirdlərinin ümumi sayı hərəkət intensivliyinin azaldılması məqsədilə iki imtahan gününə bölünüb. Cədvəldə bu hal müvafiq olaraq, hissələrlə adlandırılıb.

    - Məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixlərdə imtahan verirlər.

    - Xüsusi məktəblərə (Bakı) – internat məktəbləri, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər aiddir.

    - İmtahana buraxılış vərəqələri hər imtahan günündən 5 gün əvvəl DİM-in saytında yerləşdiriləcək.

    Son xəbərlər

    Orphus sistemi