​İsrailin Hayfa Universitetində Azərbaycan dili və Ədəbiyyatı Mərkəzi yaradılacaq

​İsrailin Hayfa Universitetində Azərbaycan dili və Ədəbiyyatı Mərkəzi yaradılacaq ADU və Hayfa Universiteti arasında anlaşma memorandumu imzalanıb
Elm və təhsil
31 Oktyabr , 2014 13:24
​İsrailin Hayfa Universitetində Azərbaycan dili və Ədəbiyyatı Mərkəzi yaradılacaq

Bakı. 31 oktyabr. REPORT.AZ/ Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Səməd Seyidov İsrailin Hayfa Universitetinin nümayəndələrini qəbul edib.

ADU-nun İctimaiyyətlə əlaqələr departamentindən "Report"a verilən məlumata görə, görüşdə S.Seyidov Azərbaycan və İsrail arasında mövcud əlaqələrdən danışaraq, iki ölkə arasında, nəinki siyasi sahədə, təhsil sahəsində də uğurlu əməkdaşlığın olduğunu deyib.

Hayfa Universitetinin nümayəndəsi, professor Soli Şahvar İsraildə Azərbaycanşünaslıq Mərkəzinin açılmasının universitet tərəfindən maraqla gözlənildiyini bildirib. O, mərkəzin bu ilin sonunda açılacağını qeyd edib. 

Görüşdən sonra Azərbaycan Dillər Universiteti və İsrailin Hayfa Universiteti arasında anlaşma memorandumu imzalanıb. Memoranduma əsasən, İsrailin Hayfa Universitetində Azərbaycan dili və Ədəbiyyatı Mərkəzi yaradılacaq.

Son xəbərlər

Orphus sistemi