Bakı. 7 noyabr. REPORT.AZ/ "Azərbaycan dili xalqımız müstəqillik qazandıqdan sonra ölkəmizin dünyaya açılması ilə əlaqədar olaraq sağdan-soldan kənar təsirlərlə üzləşməli olub".
"Report" xəbər verir ki, bunu Azərbaycan
Onun sözlərinə görə, texniki tərəqqinin inkişafından doğan beynəlxalq miqyasda qəbul edilən yeni terminlərlə yanaşı, heç bir xüsusi ehtiyac olmadan dilimizə nüfuz edən yad kəlmələr leksikamızda özünə yol tapmaqdadır: "Pis cəhət ondan ibarətdir ki, nəinki müasir gənclik, eyni zamanda bir çox hallarda təcrübəli ziyalılar, yaradıcı qüvvələr, hökumətdə təmsil olunan bəzi məmurlar və kütləvi informasiya vasitələri kənar təsirlər vasitəsilə dil mühitimizə daxil olan həmin sözlərə həssas münasibət göstərərək onları gündəlik danışıq dilinə daxil edirlər. Beləliklə, efirdən - ekrandan və sosial mühitdən Azərbaycan dilinin leksik tərkibinə dilimizin ahəng qanununa, qrammatik qaydalarına uyğun gəlməyən kənar sözlər daxil olmaq üçün münasib imkan qazanır. Təəssüf ki, belə lüzumsuz kəlmələr bəzən dərsliklərə də yol tapır, çox asanlıqla məktəb yaşlı uşaqların yaddaşında özünə yer sala bilir. Etiraf etmək lazımdır ki, hətta bəzi müəlliflər öz əsərlərində alınma sözlərdən, mürəkkəb terminologiyadan zəruri olmadan istifadə etməyi savadlılıq əlaməti hesab edirlər".
"Azərbaycan Respublikasının Prezidenti