İqtisad Universitetinin bir qrup müəllimi təqaüdə göndərilib

İqtisad Universitetinin bir qrup müəllimi təqaüdə göndərilib Universitetdə həmin müəllimlərlə görüş keçirilib
Elm və təhsil
10 İyul , 2017 16:14
İqtisad Universitetinin bir qrup müəllimi təqaüdə göndərilib

Bakı. 10 iyul. REPORT.AZ/ Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) bir qrup müəllimi təqaüdə yola salınıb.

UNEC-in Marketinq və Kommunikasıya Departamentindən "Report"a verilən məlumata görə, universitetin rektoru, professor Ədalət Muradov həmin müəllimlərlə görüşdə onların uzun illərdir iqtisadçı mütəxəssislərin hazırlanmasında əvəzsiz xidmətləri olduğunu bildirib. Onların eyni zamanda universitetin ictimai-siyasi həyatında da fəal iştirak etdiklərini diqqətə çatdırıb.

Əməkdar müəllimlər, UNEC-in fəxri professorları Şakir Bədəlov, Rafiq Bəşirov, Asif Kərimov, iqtisad üzrə fəlsəfə doktoru, dosent Qəmbər Əliyev və baş müəllim, UNEC-in fəxri dosenti Rəfiqə İbrahimova UNEC-də həyata keçirilən yenilikləri yüksək qiymətləndirərək, bu ali təhsil ocağının qısa zamanda beynəlxalq reytinqlərdə yer almasından, dünyanın nüfuzlu universitetləri ilə əməkdaşlıq etməsindən qürur duyduqlarını bildiriblər. Əməkdar müəllim, UNEC-in fəxri professoru Asif Kərimov bu ali təhsil ocağının son 50 ilindən söz açaraq deyib: "Doğma universitetimin bu günü ilə qürur duyuram.”

UNEC rektoru onların daima doğma kollektivlə dostluq əlaqələrini qoruyub saxlayacaqlarına əminliyini ifadə edib.

Görüşün sonunda müəllimlər universitetin inkişafına verdikləri töhfələrə, gənc nəslin yetişməsində, peşəkar mütəxəssilərin hazırlanmasında nümunəvi xidmətlərinə və səmərəli elmi pedaqoji fəaliyyətlərinə görə fəxri fərmanla təltif ediliblər.

Son xəbərlər

Orphus sistemi