İqtisad Universiteti Almaniya universiteti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

İqtisad Universiteti Almaniya universiteti ilə əməkdaşlıq müqaviləsi imzalayıb İki universitet arasında tələbələrin ən azı bir semestr olmaqla qarşılıqlı mübadiləsi nəzərdə tutulub
Elm və təhsil
160
20 Avqust , 2015 17:26
İqtisad Universiteti Almaniya universiteti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

Bakı. 20 avqust. REPORT.AZ/ Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) ilə Almaniyanın Yena Fridrix Şiller Universitetinin İqtisadiyyat və Biznes Administrasiya Məktəbi arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Bu barədə "Report"a universitetin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, tərəflər arasında bağlanmış müqavilənin prioritet məqsədlərinə tələbə və müəllimlərin qarşılıqlı mübadiləsinin həyata keçirilməsi, birgə elmi tədqiqatların aparılması və nəşrlərin hazırlanması, elmi-praktik konfransların, təhsil və mədəniyyət proqramlarının təşkil olunması daxildir.

Müqaviləyə əsasən, iki universitet arasında tələbələrin ən azı bir semestr olmaqla qarşılıqlı mübadiləsi nəzərdə tutulub. Mübadilə proqramına qoşulan tələbələr üçün təhsil haqqı ödənişsizdir və daxil olduqları universitetdə ən azı iki semestr tədris almış olmalıdırlar.

Qeyd edək ki, Almaniyanın nüfuzlu Yena Fridrix Şiller Universiteti dünya üzrə "QS" reytinqində 397-ci, "Webometrics"in dünya üzrə reytinqində 235-ci, Avropa üzrə 86-ci pilləsində qərarlaşıb.