“İntellektual Klubların II Gənclər Kuboku” yarışı keçirilib

“İntellektual Klubların II Gənclər Kuboku” yarışı keçirilib Azərbaycan Gəncləri Günü münasibəti ilə Gənclər Fondunun təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində “İntellektual Klubların II Gənclər Kuboku”nun final mərhələsinin açılış mərasimi keçirilib.
Elm və təhsil
2 Fevral , 2020 12:40
“İntellektual Klubların II Gənclər Kuboku” yarışı keçirilib

Azərbaycan Gəncləri Günü münasibəti ilə Gənclər Fondunun təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində “İntellektual Klubların II Gənclər Kuboku”nun final mərhələsinin açılış mərasimi keçirilib.

Gənclər Fondundan “Report”a verilən məlumata görə, yanvarda start verilmiş turnirdə 58 rayon və şəhərdən ümumilikdə 300 komanda arasında yarış keçirilib və 70 komanda final mərhələsinə vəsiqə qazanıb.

Regional seçimlərdə ümumilikdə 2000-ə yaxın gənc iştirak edib.

Açılışda dövlət rəsmiləri, ali təhsil müəssisələrinin rəhbərləri və gənclər təşkilatlarının nümayəndələri iştirak edib. Çıxış edən rəsmilər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi gənclər siyasətindən, o cümlədən gənclər üçün yaradılan şəraitdən, gənclərə olan xüsusi diqqət və qayğısından danışıb, gənclərin intellektual səviyyəsinin artırılması yönündə görülən işləri iştirakçıların diqqətinə çatdırıblar.

Turnirin qalibləri bu gün müəyyənləşəcək və ictimaiyyətə ətraflı məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi