Gənclər Kubokunun qalibləri açıqlandı

Gənclər Kubokunun qalibləri açıqlandı Bakı Konqres Mərkəzində müxtəlif regionları və klubları təmsil edən komandalardan ibarət “İntellektual Klubların II Gənclər Kuboku” keçirilib.
Elm və təhsil
4 Fevral , 2020 11:27
Gənclər Kubokunun qalibləri açıqlandı

Bakı Konqres Mərkəzində müxtəlif regionları və klubları təmsil edən komandalardan ibarət “İntellektual Klubların II Gənclər Kuboku” keçirilib. 

Təşkilatçı Gənclər Fondundan "Report"a verilən məlumata görə, yarış 2 fevral - Gəncləri Günü münasibətilə təşkil olunub. Tədbirin ilk günü rəsmi açılış hissəsində Prezident Administrasiyasının rəsmiləri, millət vəkilləri, ali təhsil ocaqlarının rektorları, gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər. Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev bilik yarışına qatılan komandalara uğurlar arzulayıb. 

Rəsmi hissədən sonra 70 komandanın 500-dək gəncinin iştirak etdiyi turnir açıq elan olunub. Bu komandaların 20-si müxtəlif regionları təmsil edib. 

Yekunda “This ıs MaSumBa” komandası 1-ci, "Revolver" 2-ci, "Prestij" 3-cü yeri tutub. Regionlar üzrə komandalardan isə ilk 3 yerdə müvafiq olaraq, “Kəpəz”, “Next” (Şirvan) və "Maqnat” ( Şabran) qərarlaşıb. 

Son xəbərlər

Orphus sistemi