İmtahanların keçiriləcəyi məktəblərdə dezinfeksiya və təmizlik işləri aparılıb

İmtahanların keçiriləcəyi məktəblərdə dezinfeksiya və təmizlik işləri aparılıb Dövlət İmtahan Mərkəzi 18 və 19 iyunda ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanları keçiriləcək.
Elm və təhsil
332
17 İyun , 2020 15:07
İmtahanların keçiriləcəyi məktəblərdə dezinfeksiya və təmizlik işləri aparılıb

Dövlət İmtahan Mərkəzi 18 və 19 iyunda ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanları keçiriləcək.

Mərkəzdən "Report"a verilən məlumata görə, pandemiya şəraitinin tələblərinə uyğun olaraq, imtahan binalarında bir sıra profilaktik tədbirlər həyata keçirilib.

Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə dünən və bu gün təkrar baxış keçirilib və bütün imtahan binalarında və otaqlarda, dəhlizlərdə dezinfeksiya və təmizlik işləri aparılıb və sanitar-gigiyenik tələblərə uyğun şərait yaradılıb.

Bundan əlavə, şagirdlərin (abituriyentlərin) imtahana buraxılış zamanı toplaşacağı yerlərdə sosial izolyasiya qaydalarına əməl etməsi üçün 2 metrlik ara məsafəsi nişanları çəkilib.

İşlər yekunlaşdıqdan sonra imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilib.

Son xəbərlər

Orphus sistemi