İmtahan iştirakçıları “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər

İmtahan iştirakçıları “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər Bakı. 9 aprel. REPORT.AZ/ Aprelin 15-də keçiriləcək imtahanın iştirakçıları “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.
Elm və təhsil
9 Aprel , 2018 11:44
İmtahan iştirakçıları “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər
Report

Bakı. 9 aprel. REPORT.AZ/ Aprelin 15-də keçiriləcək imtahanın iştirakçıları “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

Bu barədə "Report"a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Belə ki, həmin gün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları, əvvəlki illərdə təhsil sənədi ala bilməyən və eksternat qaydasında imtahan verən məzunlar, üzrlü səbəbdən mart ayında keçirilən buraxılış imtahanlarının birinci mərhələsində iştirak edə bilməyən cari ilin məzunları (IX sinif) üçün imtahanlar keçiriləcək.

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=9 linkindən, üzrlü səbəbdən buraxılış imtahanlarında iştirak edə bilməyən cari ilin məzunları (IX sinif) və eksternat qaydasında imtahan verən məzunlar isə https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=46 linkindən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini çap edə bilərlər.

Çap üçün kompüterə Adobe Reader proqramı quraşdırılmalıdır və brauzerin “Pop-up blocked” sahəsindən qeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlərə buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləmək olar.

Son xəbərlər

Orphus sistemi