İdris İsayev: "Ali təhsil müəssisələri innovasiyaların yaradıcısı olmalıdır"

İdris İsayev: "Ali təhsil müəssisələri innovasiyaların yaradıcısı olmalıdır" Bu gün ömür boyu təhsil, bilik əsaslı iqtisadiyyat təhsilin əsas istiqamətlərindən biridir. Ali təhsil müəssisələrimiz innovasiyaların daşıyıcısı deyil, yaradıcısı olmalıdırlar. Bu, əsas hədəflərdəndir.
Elm və təhsil
25 Dekabr , 2019 12:22
İdris İsayev: Ali təhsil müəssisələri innovasiyaların yaradıcısı olmalıdır

"Bu gün ömür boyu təhsil, bilik əsaslı iqtisadiyyat təhsilin əsas istiqamətlərindən biridir. Ali təhsil müəssisələrimiz innovasiyaların daşıyıcısı deyil, yaradıcısı olmalıdırlar. Bu, əsas hədəflərdəndir".

"Report" xəbər verir ki, bu fikirləri Təhsil nazirinin müavini İdris İsayev deyib.

Onun sözlərinə görə, strateji yol xəritələrində də təhsil müəssisələrinin innovasiya xarakterli fəaliyyəti dəstəklənib: "Düzdür, bizim ali təhsil müəssisələrimizin müəyyən bir qismində biznes-inkubator, texnologiyalar üzrə baza resurs kimi mərkəzlər var, bəzi start-up layihələri dəstəklənir. Amma bu, kifayət qədər deyil".

Nazir müavini bildirib ki, Azərbaycanda ali təhsil müəssisələri elmi-tədqiqat fəaliyyətinə diqqət yetirməlidirlər: "Onlar bu fəaliyyəti kommersiyalaşdırmalıdırlar. Son 25-30 ildə cəmiyyətin sürətli inkişafı ilə əlaqədar bir çox ölkələr innovasiya və təhsilə xüsusi diqqət yetirir, bu sahəyə investisiya yatırırlar. Son on ildə belə ölkələrdə əsas fondlara yönəldilən investisiyanın artım sürəti 2,2 faiz təşkil edirsə, təhsil və innovasiyalara yönəldilən investisiyanın artım sürəti 3,4 faizdir".

Son xəbərlər

Orphus sistemi