Heydər Əliyev Fondu Nic qəsəbəsində yeni məktəb binası inşa edib

Heydər Əliyev Fondu Nic qəsəbəsində yeni məktəb binası inşa edib Heydər Əliyev Fondu Nic qəsəbəsinin məktəbi üçün yeni bina inşa edib.
Elm və təhsil
15 Sentyabr , 2023 17:25
Heydər Əliyev Fondu Nic qəsəbəsində yeni məktəb binası inşa edib

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qəbələ rayonunun Nic qəsəbəsində 1 nömrəli tam orta məktəb üçün yeni bina inşa olunub.

“Report”un xəbərinə görə, 15 sentyabr - “Bilik Günü”ndə yeni bina istifadəyə verilib.

Açılış mərasimində dövlət rəsmiləri, Alban-udi Xristian Dini İcmasının sədri Robert Mobili, qəsəbə sakinləri, müəllimlər, valideynlər iştirak ediblər. Onlar qəsəbə məktəbi üçün yeni binanın inşasına görə Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və Heydər Əliyev Fonduna təşəkkürlərini bildiriblər.

2023-2024-cü tədris ilində istifadəyə verilən 2 mərtəbəli 200 şagird yerlik 1 nömrəli tam orta məktəbdəki fənn kabinetləri və laboratoriyaları lazımi avadanlıqla və əyani vəsaitlərlə təchiz edilib. Məktəbdə kitabxana, yeməkxana, akt zalı, idman zalı və açıq idman meydançası şagird və müəllimlərin istifadəsinə verilib. Təhsil ocağının həyətində abadlıq və yaşıllaşdırma işləri görülüb.

Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın 2021-ci ilin may ayında Qəbələnin Nic qəsəbəsindəki Müqəddəs Məryəm Ana Alban kilsəsində Fondun apardığı bərpa işləri ilə tanışlığı zamanı Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili dövlət başçısına burada 150 yaşı olan məktəbin təmiri ilə bağlı müraciət etmişdi. Bununla əlaqədar olaraq Heydər Əliyev Fondu tərəfindən 1 nömrəli məktəb üçün yeni binanın inşasına başlanılmışdır.

Xatırladaq ki, bu, Heydər Əliyev Fondunun Nic qəsəbəsində təhsillə bağlı ilk layihəsi deyil. Belə ki, qəsəbədə 2 nömrəli tam orta məktəb də Fondun təşəbbüsü ilə inşa olunub.

Son xəbərlər

Orphus sistemi