Hər il Təhsilin İnkişafı Fonduna 7-8 milyon manat vəsait toplanır.
“Report” xəbər verir ki, bunu Fondun İdarə Heyətinin sədri Elnur Nəsibov qurumun bugünkü hesabat tədbirində çıxışı zamanı deyib.
O qeyd edib ki, Fondun əsas mənbələri ali, orta ixtisas və digər təhsil müəssisələrindən büdcədənkənar ayrılan ianələrdir.