​Hebru Universitetinin doktoru ADU tələbələrinə mühazirə oxuyub

​Hebru Universitetinin doktoru ADU tələbələrinə mühazirə oxuyub O, ADU-nun rektoru Səməd Seyidovla da görüşüb
Elm və təhsil
302
18 Fevral , 2015 16:17
​Hebru Universitetinin doktoru ADU tələbələrinə mühazirə oxuyub

Bakı. 18 fevral. REPORT.AZ/ Azərbaycan Dillər Universitetində (ADU) Hebru Universitetinin doktoru, Ches Mərkəzinin rəhbəri, professor Semion Qoldin ali təhsil müəssisəsinin Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsində İsrailşünaslıq ixtisası üzrə təhsil alan tələbələrə “İsraildə tarixi yaddaş” mövzusunda mühazirə oxuyub.

ADU-nun İctimaiyyətlə əlaqələr departamentindən "Report"a verilən məlumata görə, mühazirədə professor Semion Qoldin İsrail dövlətinin yaranmasından da söz açıb. O, yəhudi xalqı üçün bu dövlətin önəmini vurğulayıb və yəhudilərin tarixi yaddaşı olan Holokost faciəsindən danışıb. Professor bu faciədə insanların necə məhv edilməsi, ölüm düşərgələrinə aparılması haqqında tələbələrə ətraflı məlumat verib. Çıxışında Holokostla Xocalı faciəsini qarşılaşdıraraq müqayisə edən professor bu kimi faciələrin dünyaya çatdırılması üçün atılacaq vacib addımlardan danışıb. Semion Qoldin eyni zamanda tarixi yaddaşı əks etdirən Yad Vaşem muzeyi haqqında da tələbələrə məlumat verib.

Sonda tələbələrin sualları cavablandırılıb.

Qeyd edək ki, Hebru Universitetinin doktoru, Ches Mərkəzinin rəhbəri, professor Semion Qoldin mühazirədən əvvəl universitetin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidovla görüşüb. Görüşdə universitetdə İsrailşünaslıq ixtisası üzrə təhsil alan tələbələrə mühazirələrin təşkil olunması və Hebru Universitetindən professorların ADU-ya dəvət olunması məsələləri ətrafında müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi