Hazırda Koreyada 200-ə yaxın azərbaycanlı tələbə təhsil alır

Hazırda Koreyada 200-ə yaxın azərbaycanlı tələbə təhsil alır Hazırda Koreyada 200-ə yaxın azərbaycanlı tələbə təhsil alır.
Elm və təhsil
1 Noyabr , 2023 13:10
Hazırda Koreyada 200-ə yaxın azərbaycanlı tələbə təhsil alır

Hazırda Koreyada 200-ə yaxın azərbaycanlı tələbə təhsil alır.

"Report"un xəbərinə görə, bu barədə Milli Məclisin sədri Sahibə Qafarovanın noyabrın 1-də Koreya Milli Assambleyasının sədri Jin-pyo Kim ilə görüşündə bildirilib.

Görüşdə humanitar sahədə əməkdaşlığın əhəmiyyəti vurğulanaraq, təhsil, elm, mədəniyyət sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib. Hazırda Koreyada 200-ə yaxın azərbaycanlı tələbənin təhsil aldığı, Azərbaycan və Koreya universitetləri arasında müxtəlif beynəlxalq tələbə mübadiləsi və ikili diplom proqramlarının mövcud olduğu diqqətə çatdırılıb.

Həmçinin Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) və Koreya Ticarət İnvestisiya Agentliyinin (KOTRA) ofislərinin fəaliyyəti təqdir edilib və bu fəaliyyətlərin daha da genişləndirilməsi yolları müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi