Gürcüstanda ali məktəblərdə oxuyan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

Elm və təhsil
  • 02 mart, 2022
  • 07:10
Gürcüstanda ali məktəblərdə oxuyan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

Gürcüstanda ali təhsil alan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb.

“Report”un yerli bürosunun xəbərinə görə, Gürcüstanın Milli Statistika İdarəsinin 2021-2022-ci tədris ili üzrə hesabatında bildirilib ki, hazırda bu ölkənin ali məktəblərində təhsil alan Azərbaycan vətəndaşlarının sayı 903 nəfər təşkil edir.

Sənədə əsasən, onların 357-si dövlət, 546-sı isə özəl universitetlərin tələbələridir.

2020-2021-ci tədris ili ilə müqayisədə qonşu ölkənin ali məktəblərində təhsil alan Azərbaycan vətəndaşlarının sayı 2 nəfər artıb.

Cari tədris ilində Azərbaycanda ali təhsil alan Gürcüstan vətəndaşı yoxdur.

Qonşu ölkənin ali təhsil ocaqlarında ümumilikdə 17 501 nəfər əcnəbi təhsil alır ki, bu da illik müqayisədə 2 884 nəfər çoxdur.

44 filmi