Gürcü Yəhudilərinin Bakı dini icmasının sədri vəfat edib

Gürcü Yəhudilərinin Bakı dini icmasının sədri vəfat edib Azərbaycan Texniki Universitetinin (AzTU) Doktorantura şöbəsinin müdir müavini Abik Çaruxçev uzun sürən xəstəlikdən sonra 67 yaşında vəfat edib.
Elm və təhsil
4 Noyabr , 2020 13:28
Gürcü Yəhudilərinin Bakı dini icmasının sədri vəfat edib

Azərbaycan Texniki Universitetinin (AzTU) Doktorantura şöbəsinin müdir müavini Abik Çaruxçev uzun sürən xəstəlikdən sonra 67 yaşında vəfat edib.

AzTU-dan "Report"a verilən məlumata görə, Abik Çaruxçev 1953-cü ildə Bakıda anadan olub. 1975-ci ildə Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fakültəsini bitirib. 1977-ci ildə AzTU-nun Aspirantura şöbəsinin rəisi vəzifəsinə təyin edilib. Bir sıra elmi məqalələrin müəllifi olan Abik Çaruxçev uzun müddət AzTU-da pedaqoji fəaliyyətlə məşğul olub. Doktorantura səviyyəsində yüksək ixtisaslı elmi-pedaqoji kadrların hazırlanması istiqamətində səmərəli fəaliyyətinə görə müxtəlif illərdə universitet rəhbərliyi tərəfindən mükafatlandırılıb.

Qeyd edək ki, Abik Çaruxçev Gürcü Yəhudilərinin Bakı dini icmasının sədri idi.

Abik Çaruxçev
Abik Çaruxçev

Son xəbərlər

Orphus sistemi