Göygöl polisi müsabiqə iştirakçıları ilə görüşüb - FOTO

Göygöl polisi müsabiqə iştirakçıları ilə görüşüb - FOTO Göygöl rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) və Təhsil Nazirliyinin 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə ölkəmizin müxtəlif bölgələrində
Elm və təhsil
797
30 İyun , 2021 00:20
Göygöl polisi müsabiqə iştirakçıları ilə görüşüb - FOTO

Göygöl rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) və Təhsil Nazirliyinin 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə ölkəmizin müxtəlif bölgələrində təhsil alan şagirdlərin yol hərəkəti qaydaları ilə bağlı bilik və bacarıqlarını yoxlamaq, onların bu sahəyə marağını artırmaq və respublika üzrə qalib komandanı müəyyənləşdirmək məqsədilə onlayn formada keçirilmiş yarışda rayonu təmsil edən şagirdlərlə görüş keçirib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Report”a verilən məlumata görə, görüşdə iştirakçılara BDYPİ adından Təşəkkürnamə təqdim edilib və şagirdlərin diqqətinə çatdırılıb ki, bu tipli müsabiqələrin keçirilməsində əsas məqsəd şagirdlərə yol hərəkəti qaydaları haqqında dolğun məlumat vermək, onlar arasında təhlükəsizlik davranış vərdişlərini aşılamaqdan ibarətdir.

Həmçinin qeyd edilib ki, son illər paytaxt və respublikanın ayrı-ayrı bölgələrində yol polislərinin keçirdikləri belə maarifləndirici tədbirlərin nəticəsi olaraq artıq məktəb yaşlı uşaqların qəzalar zamanı nəqliyyat vasitələri tərəfindən vurulması halı minimuma endirilib.

Son xəbərlər

Orphus sistemi