Göyçayda məktəbin "Pepsi" qabındakı məhlulla dezinfeksiya edilməsi araşdırılır - FOTO

Göyçayda məktəbin "Pepsi" qabındakı məhlulla dezinfeksiya edilməsi araşdırılır - FOTO Təhsil Nazirliyi sosial şəbəkələrdə Göyçayda məktəbdə qadın əməkdaşın plastik qabda (Pepsi qabı) sinif otaqlarının qapısının dezinfeksiya etməsi məsələsinə münasibət bildirib.
Elm və təhsil
2 Mart , 2020 12:55
Göyçayda məktəbin Pepsi qabındakı məhlulla dezinfeksiya edilməsi araşdırılır - FOTO

Təhsil Nazirliyi sosial şəbəkələrdə Göyçayda məktəbdə qadın əməkdaşın plastik qabda ("Pepsi" qabı) sinif otaqlarının qapısının dezinfeksiya etməsi məsələsinə münasibət bildirib.

“Report” xəbər verir ki, nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məsələ ilə bağlı müvafiq şöbə tərəfindən araşdırma aparıldığını diqqətə çatdırıb.

Onun sözlərinə görə, ola bilər ki, bu, həmin şəxsin öz təşəbbüsü olub:

"Məlumdur ki, dezinfeksiya işlərini Bakıda və bölgələrdə sanitar-epidemioloji stansiyalar tərəfindən aparılır. Bu da dövlət tərəfindən həyata keçirilir".

Son xəbərlər

Orphus sistemi