Gənclər üçün Təhsil Mərkəzi “Şanlı tarix - 99 il” “Twitter” aksiyası keçirib

Gənclər üçün Təhsil Mərkəzi “Şanlı tarix - 99 il” “Twitter” aksiyası keçirib Aksiyada istifadə etmək üçün ingilis dilində materiallar hazırlanıb və təbliğat zamanı onlardan istifadə olunub
Elm və təhsil
30 May , 2017 13:05
Gənclər üçün Təhsil Mərkəzi “Şanlı tarix - 99 il” “Twitter” aksiyası keçirib

Bakı. 30 may. REPORT.AZ/ Gənclər üçün Təhsil Mərkəzinin “Şanlı tarix - 99 il” “Twitter” aksiyası kütləviliyi ilə seçilib.

Mərkəzin baş katibi Gülnar Xəlilovanın “Report”a verdiyi məlumata görə, internet aksiya əsasən “Twitter” sosial şəbəkəsində keçirilib və 28-29 may tarixlərini əhatə edib. Bütün təbliğat işi #ADR1918 , #independence99 həştəqləri ilə aparılıb.

Aksiyanın məqsədi Azərbaycan gəncliyi adından dünya ictimaiyyətinə, xüsusilə də ali təhsil ocaqlarına və beynəlxalq təşkilatlara şərqin ilk parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin qədim dövlətçilik, demokratik ənənələri ilə bağlı həqiqətləri çatdırmaq olub.

Mərkəzin Bakı və digər regional ofislərində təşkil olunan aksiyada “Hashtagify”, “Hashtracking”, “Tweetchip” və “Tweet Binder” metrikslərinin göstəricilərinə görə ümumilikdə 14000 “tweet” paylaşılıb. Bununla bərabər gənclər ərazi bütövlüyümüzün və müstəqilliyimizin tarixi həqiqətlərinə həsr olunmuş məqalə, foto, bəyanat və digər materialları internet vasitəsilə dünyanın müxtəlif nöqtələrinə, ali təhsil ocaqlarına, beynəlxalq təşkilatların elektron ünvanlarına, populyar internet resurslarına, əcnəbi qəzet və jurnallara göndəriblər.

Aksiyada istifadə etmək üçün ingilis dilində materiallar hazırlanıb və təbliğat zamanı onlardan istifadə olunub.

Son xəbərlər

Orphus sistemi