Gənc istedadlar üçün xüsusi təqaüdün məbləği 400 manata çatdırılıb

Gənc istedadlar üçün xüsusi təqaüdün məbləği 400 manata çatdırılıb
Elm və təhsil
22 Fevral , 2018 18:28
Gənc istedadlar üçün xüsusi təqaüdün məbləği 400 manata çatdırılıb

Bakı. 22 fevral. REPORT.AZ/ Prezident İlham Əliyev fevralın 22-də "Gənc istedadlar üçün xüsusi təqaüdün məbləğinin artırılması və "Gənc istedadlar üçün xüsusi təqaüdlər təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 13 sentyabr tarixli 662 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə" sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sərəncamla Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na adları yazılmış gənc istedadlar üçün xüsusi aylıq təqaüdün məbləği 2018-ci il martın 1-dən artırılaraq 400 manat müəyyən edilib.

Qeyd edək ki, bundan əvvəl Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na adları yazılmış gənc istedadlar üçün xüsusi aylıq təqaüdün məbləği 300 manat idi.