Gələn il bağçalarda dövlət-özəl əməkdaşlığı pilot layihə kimi tətbiq olunacaq

Gələn il bağçalarda dövlət-özəl əməkdaşlığı pilot layihə kimi tətbiq olunacaq Gələn ilin sentyabr ayından bağçalarda dövlət-özəl əməkdaşlığının pilot layihədə tətbiqi nəzərdə tutulur.
Elm və təhsil
11 Dekabr , 2023 10:35
Gələn il bağçalarda dövlət-özəl əməkdaşlığı pilot layihə kimi tətbiq olunacaq

Gələn ilin sentyabr ayından bağçalarda dövlət-özəl əməkdaşlığının pilot layihədə tətbiqi nəzərdə tutulur.

"Report" xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev "Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış" mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hazırda məsələ müzakirə olunur: "Bağçalar dövlət tərəfindən maliyyələşir, özəl sektor isə burada idarəetmə və keyfiyyəti təmin edə bilər. İlkin layihələr hazırdır və alternativ modellərin tətbiqi istiqamətində UNICEF-lə ciddi əməkdaşlıq edirik. Müzakirə mərhələsində olan digər layihə isə kiçik kəndlərdə ailə tipli məktəbəqədər təhsil modelləridir. Bu da uşaqların məktəbəqədər təhsilə cəlbinin əhatəliliyinin artırılmasına kömək edəcək".

Son xəbərlər

Orphus sistemi