Gələn həftə direktorların işə qəbulu üzrə test imtahanları keçiriləcək

Gələn həftə direktorların işə qəbulu üzrə test imtahanları keçiriləcək İmtahanlar Bakı şəhəri daxil olmaqla, 11 bölgədə yerləşən 14 imtahan mərkəzində olacaq
Elm və təhsil
390
15 Mart , 2021 12:53
Gələn həftə direktorların işə qəbulu üzrə test imtahanları keçiriləcək

Martın 19-da Bakı şəhəri daxil olmaqla, 11 bölgədə yerləşən 14 imtahan mərkəzində direktorların işə qəbulu üzrə test imtahanları keçiriləcək.

Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, imtahanlar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair” metodiki göstərişləri nəzərə alınmaqla sanitar-epidemioloji qaydalara uyğun olaraq təşkil ediləcək.

Martın 6-da keçirilmiş sonuncu seansda imtahana qeydiyyatdan keçərək iştirak edə bilməyən, həmçinin 7 mart tarixi üzrə seanslara çağırılmış şəxslər imtahanlarda iştirak edə bilərlər. İmtahan qrafiki barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

Namizədlərə 90 dəqiqə müddətində təhsil qanunvericiliyi üzrə 25, məntiq üzrə 20, əmək qanunvericiliyi üzrə 15 test tapşırığı təqdim olunur. Namizədlərin şəxsi səhifələrində qeyd olunacaq vaxtdan 1 saat əvvəl imtahan təşkil edilən mərkəzdə olmaları mütləqdir. İmtahan başlamamışdan yarım saat əvvəl imtahana qeydiyyat başa çatacaq. Namizədlər imtahan keçiriləcək binaya daxil olarkən tibbi maskada olmalı, şəxsiyyəti təsdiq edən sənədin əslini özləri ilə gətirməlidirlər. Namizədlərdən şəxsi səhifələrində yerləşdirilən təlimatla tanış olmaları xahiş olunur.

Qeyd edək ki, dövlәt ümumi tәhsil müәssisәlәrinin direktoru vәzifәsinә keçid balı namizədlәrin test imtahanında göstәrdiyi nәticәlәr vә vakansiyaların sayı nәzәrә alınmaqla müәyyәn ediləcək.

Son xəbərlər

Orphus sistemi