Bakı. 10 sentyabr. REPORT.AZ/ Gələn həftənin əvvəlində Bakıda İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (MDTU) filialının açılışı olacaq.
"Report" diplomatik mənbəyə istinadən xəbər verir ki, bununla əlaqədar olaraq, Rusiyadan Bakıya rəsmi nümayəndə heyəti gələcək.
Xatırladaq ki, bu ilin may ayında Azərbaycan Prezidenti İlham Əliyev həmin universitetin Bakıda filialının yaradılması haqqında sərəncam imzalayıb.
İ.M.Seçenov adına MDTU-nun filialı Azərbaycandakı Rusiya ali məktəblərinin ikinci filialı olacaq. Bakıda, həmçinin Moskva Dövlət Universitetinin filialı fəaliyyət göstərir.