Fransanın Azərbaycandakı səfiri UFAZ-ın yeni binasında gedən təmir işləri ilə tanış olub

Fransanın Azərbaycandakı səfiri UFAZ-ın yeni binasında gedən təmir işləri ilə tanış olub UFAZ gələn tədris ilindən 3-cü korpusa köçürüləcək
Elm və təhsil
298
8 Dekabr , 2016 16:19
Fransanın Azərbaycandakı səfiri UFAZ-ın yeni binasında gedən təmir işləri ilə tanış olub

Bakı. 8 dekabr. REPORT.AZ/ Fransanın Azərbaycandakı səfiri Aurelia Buşez Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Fransız-Azərbaycan Universiteti (UFAZ) üçün nəzərdə tutulmuş 3-cü korpusunda gedən təmir-tikinti işləri ilə tanış olub.

Bu barədə “Report”a ADNSU-dan məlumat verilib.

Binanın layihəsinə baxan xanım səfir təmir işlərindən razı qalıb.

Qeyd edək ki, hazırda ADNSU-nun əsas binasında yerləşən UFAZ gələn tədris ilindən 3-cü korpusa köçürüləcək.