​Fransa senatorları Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində olub

​Fransa senatorları Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində olub Kamal Abdullayev Milli Assambleyanın deputatının başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Elm və təhsil
21 İyun , 2016 15:19
​Fransa senatorları Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində olub

Bakı. 21 iyun. REPORT.AZ/ Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik və Məşvərət şuralarının sədri, akademik Kamal Abdullayev Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, Milli Assambleyanın deputatı Jan-Fransua Manselin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Mərkəzdən "Report"a verilən məlumata görə, K.Abdullayev Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri xidməti və BBMM-in yaranması, fəaliyyəti və həyata keçirilən layihələr barəsində qonaqlara məlumat verib. Dövlət müşaviri BBMM-in hazırda Almaniya, Portuqaliya, Rusiya, Qazaxıstan, İtaliya, İsrail və Moldovada rəsmi filiallarının fəaliyyət göstərdiyini qeyd edib.

K.Abdullayev BBMM-in “Azərbaycan multikulturalizmi” fənninin xaricdə və Azərbaycan universitetlərində tədrisi” layihəsi çərçivəsində hazırda dünyanın 13, Azərbaycanın 28 nüfuzlu ali təhsil ocağında tədris edildiyini və fəaliyyət sferasının gündən-günə genişləndiyini diqqətə çatdırıb. Dövlət müşaviri “Azərbaycan multikulturalizmi” fənninin Fransa universitetlərindən birində tədrisi ilə bağlı hazırda aparılan danışıqların yaxın gələcəkdə müsbət nəticələnəcəyinə ümidvar oldugunu bildirib.

Jan-Fransua Mansel nümayəndə heyətində təmsil olunan senatorların ölkəmizə ilk dəfə səfər etdiklərini qeyd edərək heyət üzvlərinin Azərbaycanla bağlı xoşa gəlməyən təşəbbüslərin qarşısını almaq üçün Milli Assambleyada səfərbər olduqlarını və artıq onların Azərbaycana olan dostluq hisslərini sübuta yetirdiklərini vurğulayıb. Ölkəmizə səfərləri çərçivəsində “Azərbaycanı özün üçün kəşf et” proqramı hazırladıqlarını deyən Jan-Fransua Mansel respublikamızda gedən inkişaf prosesləri ilə yaxından tanış olmaq üçün bunun önəmini diqqətə çatdırıb. 

Son xəbərlər

Orphus sistemi