Fevralda yeni elektron imtahan korpusunun açılışı planlaşdırılır

Fevralda yeni elektron imtahan korpusunun açılışı planlaşdırılır Yeni elektron imtahan korpusunda test rejimdə avadanlıqlar yoxlanılır. Fevral ayında korpusun açılması planlaşdırılır.
Elm və təhsil
25 Yanvar , 2024 12:37
Fevralda yeni elektron imtahan korpusunun açılışı planlaşdırılır

Yeni elektron imtahan korpusunda test rejimdə avadanlıqlar yoxlanılır. Fevral ayında korpusun açılması planlaşdırılır.

Bu barədə "Report"un sualını cavablandıran Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

DİM sədrinin sözlərinə görə, dövlət qulluğu imtahanlarının elektron şəkildə keçirilməsi nəzərdə tutulur.

"Burada 850 iş yeri elektron imtahan vermək üçün hazırlanır. Hazırda test rejimində korpusda olan avadanlıqlar yoxlanılır. Gərək tam əmin olaq ki, hər şey normal səviyyədə işləyir, sonra həmin imtahanlara başlaya bilək. Çünki bu imtahanların sonradan hüquqi nəticəsi olacaq. İlk növbədə, dövlət qulluğu üzrə iştirakçı sayı 1000-2000 nəfər təşkil edən imtahanlar, sonrakı mərhələdə isə iştirakçı sayı 10 min nəfərə qədər olan imtahanlar xüsusi cədvəl əsasında keçiriləcək. Mərhələli şəkildə magistratura, doktorantura imtahanları bu formatda baş tutacaq. Hətta regionlarda da belə zalların quraşdırılması nəzərdə tutulur", - M.Abbaszadə qeyd edib.

Son xəbərlər

Orphus sistemi