Fərid Qayıbov "Səyyar kitabxana"nın fəaliyyəti ilə tanış olub

Fərid Qayıbov "Səyyar kitabxana"nın fəaliyyəti ilə tanış olub Gənclər və İdman naziri Fərid Qayıbov “Səyyar kitabxana”nın fəaliyyəti ilə yaxından tanış olub.
Elm və təhsil
1409
23 Sentyabr , 2021 14:24
Fərid Qayıbov Səyyar kitabxananın fəaliyyəti ilə tanış olub

Gənclər və İdman naziri Fərid Qayıbov “Səyyar kitabxana”nın fəaliyyəti ilə yaxından tanış olub.

Nazirlikdən "Report"a verilən məlumata görə, F.Qayıbov layihənin təkmilləşdirilməsi ilə bağlı tövsiyələrini verib.

Nazirliyin “Səyyar kitabxana” layihəsi pandemiya şəraiti ilə bağlı fasilədən sonra sabah yenidən start götürəcək. 3000 çap olunmuş, 5000 elektron kitab bazası ilə yenilənmiş "Səyyar kitabxana" sentyabr - dekabr ərzində Göyçay, Beyləqan, Ağcabədi, Bərdə, Neftçala, Salyan, Qobustan, İsmayıllı, Ağsu, Şamaxı rayonlarına səfər edəcək.

Qeyd edək ki, 2013-cü ildən həyata keçirilən bu layihə indiyədək respublikanın 43 rayon və şəhərində gerçəkləşdirilib. Bu müddət ərzində “Səyyar kitabxana”ya 83 437 nəfər oxucu müraciət edib.

Son xəbərlər

Orphus sistemi