Fasiləli aclıq əhvalınızı yaxşılaşdıra, enerjinizi artıra və aclıq hissinizi azalda bilər.
“Report” xəbər verir ki, bu
Eksperimentdə 37 545 nəfər iştirak edib. Onlar ilk həftə həmişəki kimi yemək yeyib, sonra yeddi günlüyünə fasiləli aclığa keçiblər. Onlar yemək vaxtları, özlərinin qiymətləndirdiyi enerji, əhval-ruhiyyə və aclıq hissi haqqında gündəlik hesabatı smartfonlarındakı xüsusi proqrama göndəriblər. Verilənlərin təhlili təsdiqləyib ki, qida qəbulunu 10 saat müddətinə məhdudlaşdırmaq və qalan 14 saat ərzində ac qalmaq əhvalı əhəmiyyətli dərəcədə yaxşılaşdırır və aclığı zəifləşdirir.
Fasiləli aclığa riayət edən iştirakçıların 51 %-i iki həftədən 16 həftəyə qədər cüzi arıqladığını bildirib. Bu nəticə digər tədqiqatlarla da uyğundur ki, yemək vaxtlarının məhdudlaşdırılması xəstəlik riski yüksək olan insanlarda 2 tip diabetin qarşısını ala bilər.