Emin Əmrullayev: "Satış məsələsində ayıb nəsə olmamalıdır, bu bacarıq da önəmlidir"

Emin Əmrullayev: "Satış məsələsində ayıb nəsə olmamalıdır, bu bacarıq da önəmlidir" "Satış məsələsində ayıb nəsə olmamalıdır. Bu bacarıq da önəmlidir. Yəni marketinq məsələsi önəmlidir".
Elm və təhsil
1 Noyabr , 2023 11:31
Emin Əmrullayev: Satış məsələsində ayıb nəsə olmamalıdır, bu bacarıq da önəmlidir

"Satış məsələsində ayıb nəsə olmamalıdır. Bu bacarıq da, yəni marketinq məsələsi önəmlidir".

"Report" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Təhsilin İnkişafı Forumunda "İnnovasiya ekosisteminin yaradılması" panelində çıxışı zamanı deyib.

Nazir bildirib ki, innovasiya sahəsi risk etməklə bağlıdır: "Əgər bunu sevmirsənsə innovasiya məşğul olmaq çətindir".

Onun sözlərinə görə, səhv etmək bacarığı vacib öyrənmə elementidir: "Şagird də sinifdə səhv edəndə bununla bağlı izah verib, təhlil aparıb nəyəsə nail olmaq olur. Səhvə yol verməkdən qorxan şəxsin, risk etməyi sevməyənin innovasiya yaratması çətindir. Səriştəlilik də bu sahədə önəmli yer tutur. Yəni səriştəli şəxs innovasiya işi ilə məşğul ola bilər. Son dövlərin uğurlu layihələrinə baxsaq başqa insanlara nəyisə satmaq bacarığı mədəni dəyərlərdən irəli gəlir".

E.Əmrullayev vurğulayıb ki, təhsil sistemində bu məsələdə arzular və gerçəkliklər arasında fərqlər var: "İstəyirik ki, daha erkən yaşlarda uşaqlar rəqəmsal bacarıqlara yiyələnsin. Daha aşağı yaşlardan başlayıb sonrakı uzun müddətli dövrdə risk etməyi sevən, səhv etməkdən qorxmayan nəsil formalaşmalıdır. Ali təhsil müəssisələrində tədqiqat və innovasiya sahəsində 10 il əvvəlki dövrlə müqayisədə daha yaxşı yerdəyik. Data və rəqəmlər də bunu təsdiqləyir. Səriştəlilik və bacarıq baxımından irəlidəyik. Növbəti 3-4 ildə hər şey istədiyimiz kimi getsə Azərbaycan universitetlərinin top 800-ə düşəcəyini proqnozlaşdırırıq. Bugünkü nəticə isə hələ o deyil".

Son xəbərlər

Orphus sistemi